Elə bilmə...

Elə bilmə...
Şeirlər - Hekayələr
10.09.2017 17
Məni tənha qoyub çıxıb getsən də,

Sanma ruhdan düşüb sarsılacağam.

Acı möhnətlərə dözə bilməyib,

Qarşında ağlayıb alçalacağam.



Bəlkə düşünürsən üz-üzə gəlsək,

Gülərək boynuna sarılacağam.

Gəl olub keçəni unudaq deyib,

Sənə əvvəlki tək yar olacağam.



Artıq bu həyatdan aldım dərsimi,

Geri dönməsəndə darılmayacam.

Dərdlər dözümlülük öyrədib mənə,

Hər əsən rüzgardan yıxılmayacam.



O qədər acılar yaşamışam mən,

Buna da birtəhər alışacağam.

Özüm öz qəlbimə təsəlli verib,

Səni unutmağa çalışacağam.



Sənsə hara getsən toya, məclisə,

Orada məni görmək istəyəcəksən.

Kimin gözlərini, kimin saçını,

Xəyalında mənə bənzədəcəksən.



Bəlkə də kiminsə boy-buxununu,

Yanılaraq mənə oxşadacaqsan.

Sevinərək onun ardınca gedib,

Kor-peşiman geriyə qayıdacaqsan.



O gün gözlərində yalnız bir istək,

Qəlbimdə tək arzu mən olacağam.

Elə həkk olmuşam gözünə sənin,

Ölsən, gözlərində mən olacağam.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!