Dəyməzsən...

Dəyməzsən...
Şeirlər - Hekayələr
10.09.2017 14
Heç kəsin dərdinə gülmə dünyada,

Dərdlər nə vaxt gələr basa bilməzsən.

Mən sənin uğrunda nələr çəkmədim,

Gözümdən süzülən yaşa dəyməzsən.



Çox ucuz tutduğun bu sevda səni,

Nə vaxtsa qəlbinə oxlar vuracaq.

Bəxtin üz döndərib gedəndən sonra,

Qəlbin özü səndən hesab soracaq.



Sən mənim qəlbimlə necə oynadın,

Sənin də qəlbinlə oynayacaqlar.

Gizlənpaç oynayan uşaqlar kimi,

Gözünü əlinlə bağlayacaqlar.



Sən elə bilmə ki, ayrıldıq artıq,

Hələ bundan sonra yalvaracaqsan.

Nə vaxtsa qarşımda diz çöküb mənim,

Çox peşmanam deyib ağlayacaqsan.



Mənim ürəyimə toxunsan da sən,

Mən sənin xətrinə dəyməyəcəyəm.

Tanrı verəcəkdir sənin cəzanı,

Mən sənə bəd dua etməyəcəyəm.

 

Xuraman Vəfaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!