Yağış

Yağış
Şeirlər - Hekayələr
10.09.2017 16
Deyəsən göydə mənim halıma ağlayır bu gecə.

Qəlbi dolmuş buludun halına ağlayır bu gecə.

Ayrılan bir cavanın bəxtinə ağlayır bu gecə.

Yağ yağış damcılarını tök başıma.

Çoxlarının qəlbi dolub ,ruhu solub.

Ayrılıblar çoxu səndəndə olub, məndəndə olub.

Yağ yağış təsəlli ver sən onlara.

Yağ yağış damcılarını tök başıma.

Sən yağanda elə bil mən yağıram mən su oluram.



Sən yağırsan elə bil mən yanıram mən soluram.

Küçəyə, şəhərimizə sən yağırsan mən baxıram.

Yağ yağış damcılarını tök başıma.

Bir uşaq sözünü divara yazmışdi yağış.

Bəlkə bir kəs oxuyub sirdaş olarmiş yağış.

Sən yudun divarı amma sözü qalmışmı yağış?

Yağ yağış damcılarını tök başıma.

İsladıbsan yazımı, dəftərimi, köynəyimi.

Üzümü silmə yağış, nəmli gözü silmə yağış.

Bağçaya yağma yağış çiçəkləri əzmə yağış.

Yağma daha, yağma yağış.



Müəllif:Məcid Yeldiz (iranan)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!