Olsaydı…

Olsaydı…
Şeirlər - Hekayələr
10.09.2017 6
Zaman tələsdi-qurtarmır,

küləyi əsdi-qurtarmır…

Şaxtası kəsdi,qurtarmır-

bir yaz olsaydı,olsaydı…



Həqiqətdən-düzdən baxan,

üstümə yağış tək yağan,

kəlməsinə dövran sığan-

bir söz olsaydı,olsaydi…



Füzili eşqi-hallanan…

Namus gülündən ballanan,

üzü həyadan allanan

bi qız olsaydı,olsaydı…



Bu axan-Arazdı,Kürdü-

nəyə baxdı,nəyi gördü?…

Mənim gözüm daha kordu-

bi göz olsaydı,olsaydı…



Öz arzumu soraqlayım,

Öz içimi ha dağlayım…

Basıb sinəmə ağlayım-

bi saz olsaydı,olsaydı…



Əli Xəyalскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!