Niyə yoxdu görəsən?

Niyə yoxdu görəsən?
Şeirlər - Hekayələr
10.09.2017 13
Bu sualı bu gün verdim özümə

Bu gün niyə sevgi yoxdu görəsən?

Biri çıxsın cavab versin sözümə

Bu gün niyə sevgi yoxdu görəsən?



Sevgidə ki məmim yoxdu günahım,

Niyə qalxıb mənim göylərə ahım

Bu gün sevgi yoxdu güman sabahım

Bu gün niyə sevgi yoxdu görəsən?



Saf sevənə bağlanıbdı qapılar,

Sevilməyən sevgisində çapılar

Vallah bu gün nə istəsən tapılar

Bu gün niyə sevgi yoxdu görəsən?



Olmasa da çox saç yolubdu sevgi,

Yəqin daha yaşa dolubdu sevgi.

Deyirlər ki dünən olubdu sevgi

Bu gün niyə sevgi yoxdu görəsən?



Yusif Cəlilzadəскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!