Biz belə sevirik bir-birimizi…

Biz belə sevirik bir-birimizi…
Şeirlər - Hekayələr
10.09.2017 29
Mən həmin insana candan əziz can

O da mən dediyim hər sözə heyran

Ayrılsaq damarda ,hətta donar qan

Biz belə sevirik bir-birimizi…



"Hələlik” sözü də kədərləndirir

Xeyli boğazı qəhərləndirir

O da mənim kimi dəyərləndirir

Atdığım addımı,qoyduğum izi

Biz belə sevirik bir-birimizi…



Hər dəfə yalvardıq əl açıb göyə

Şeytan aramıza girməsin deyə

Baxıb aramızda olan sevgiyə

Şeytan da ayırmaq istəməz bizi

Biz belə sevirik bir-birimizi…



Zaman çox tez keçir,aylar ötüşür

Sevgimiz dəyişmir,illər dəyişir

Nəinki ayrılaq ,hələ söz düşür

Ölür xəcalətdən "Ayrılıq” sözü

Biz belə sevirik bir-birimizi…



Oturub baxanda bəzən üz-üzə

Ürəklər danışır,yer olmur sözə

Hətta,qarşımızda diz çöküb bizə

Təşəkkür eyləyir məhəbbət özü

Biz belə sevirik bir-birimizi…



Mən sənə "Həyatım”,”Balam " demirəm

Qoy desin deyənlər,mən istəmirəm

Mən sənə mənalı,sakit ömürəm

Sevgimin nəfəsi,ruhumun gözü

Biz belə sevirik bir-birimizi..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!