Ehtiyacım var

Ehtiyacım var
Şeirlər - Hekayələr
10.09.2017 43
Susub bu gecə də susub ağrılar

Ruhunun səsinə ehtiyacım var

Susub göz yaşlarım,dinməyir dodaq

İsti nəfəsinə ehtiyacım var



Uzanır əllərim sonsuz boşluğa

Ümüdlər səmada axtarır səni

əlimi tutana ehtiyacim varr

Öz soyuq əllərim dondurur məni



Nə qədər yastıqla dərdləşmək olar?

Bu ürək sevilmək istəyir axı

Mənə sarılana ehtiyacim var

Divarlar sarıla bilməyir axı...!



Kimsəsiz xəyallar ovudur məni

Nəbzimin səsini duyuram artıq

Səssizlik ruhuma danışır səni

Deyəsən mən dəli oluram artıq



"Düşüncən böyükdü" deyirlər mənə

Şeirlər yazsam da uşağam hələ

Mənim də qayğıya ehtiyacım var

Mən o istiliyə mötacam hələскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!