Uşaqlıq və mən

Uşaqlıq və mən
Şeirlər - Hekayələr
10.09.2017 22
Qızıl deyildi şüşəm…

Xoşbəxt də deyildik biz.

Xoşbəxt deyildik amma,

Başlayırdı Xoşbəxtlik bizim pəncərəmizdən…

Toxunurdu əllərim,fikrimdən keçənlərə.

Uşaqlıq xəyalları ovucumun içində

İndi göydən adamlar enir, enmir nə fərqi…

O zaman fərqli idi xəyalımdan adamın Küçəmizə enişi..

O zaman buludlarda bütün evlər, küçələr.

Ulduzlar sayrışırdı şəhərimə gecələr…

O zaman uşağılığın qayğısız azadlığı,

Boğurdu meydanlarda hayqıran "Azadlığı”

O zaman başqa idi bütün filmlər mənə.

Qış gəlirdi qar ilə, yaz gəlirdi bar ilə…

O zamanki manat da,

Yarışmağı sevmirdi bu günki dollar ilə.

O şıltaq xatirəmdə

İndi məndən yan keçən o qədər Arzular var..

Onda yanan şamları "böyümək” adı ilə,

Söndürürdü adamlar…



Shade  Nağızadəскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!