Məhv oluram

Məhv oluram
Şeirlər - Hekayələr
10.09.2017 20
Öl!..

Öl bu gecə, mənim üçün,

Az ölmüşəm sənin üçün?

Sən gedəndən hər gecəni,

Sənin üçün,

Zərrə - zərrə,qram – qram,

Məhv oluram..



Heç bilirsən,

Adın gələn hər məqamda,

Səsin gəlir,

Hər adamnan.

Qoxun gəlir, gözün gəlir, üzün gəlir..

Bu şeirimi oxumağa üzün gəlir?



Məncə gəlməz..

Sən axı dannağ olmağı,

Heç sevməzdin.

İndi isə bu ucçuşan kəlmələrlə,

Xarab qəlbin, şişə düzülür..

Oxu..oxu.Oxuduqca güzgüyə bax.

Say gözündən,

Neçə damla yaş süzülür..



Boynunu əy, sol yanıva,

Başla yenə,

Yaş saymağa.

Sağ gözündən, mənim sevgim,

Sol gözündən, Sənin sevgin.

Axsın getsin, "qurumağa”..



Bax görürsən,

Damlalarda eyni biz.

Sən qaçanda məndən uzaq,

Mən açırdım sənə qucaq..



Ayy,

Bağışla,

"Biz” söylədim.

Heç ikimiz, nə vaxt isə,

Olduğmu biz?

Bəsdi daha, at qırağa şeirimi..

Bəsdi daha, mən yormayım ürəyimi.

Gedin, yatın, birlikdə siz,

Biz qalacığ, təkliyim

Və sənsiz biz..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!