Sənsizlik gör məni nə hala salıb?

Sənsizlik gör məni nə hala salıb?
Şeirlər - Hekayələr
10.09.2017 2
Tale yollarımız ayrılan gündən,

Təsəllim olmayıb zülümdən başqa.

Yaşanan illəri ömür saymıram,

Sənlə keçirdiyim bölümdən başqa.



"Sənsizlik"gör məni nə hala salıb?

Baxışlar dəyişib, sifət qocalıb,

Necə qoymuşdunsa elə də qalıb,

Heçnə dəyişməyib çölümdən başqa!



Özüm öz içimdə itib azıram,

Özümə vərəqdə qəbir qazıram,

Artıq şair olub, şeir yazıram,

Guya nə gəlir ki,əlimdən başqa...?!



Gözlərim kor olub,qulağımsa kar,

Ya qayıt,ya məni özümə qaytar,

Ya da qovuşmaqçün bircə yolum var,

Çarəm qalmayıbdır ölümdən başqa...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!