Yanağına dodaq dəysə, hiss edərsən o an məni

Yanağına dodaq dəysə, hiss edərsən o an məni
Şeirlər - Hekayələr
10.09.2017 5
Yanağına dodaq dəysə,hiss edərsən o an məni,

Çünki, sənsiz sənsizlikdə hiss edirəm məndə səni.

Ürəyimdə sözlərim cox,yazsam bütün sətirləri,

Hopar sənə...pıcıltıyla xatırladar məndə varam...

 

Külək əssə bir meh olub tellərinə dolanaram,

Cıxıb getsən,gəlişinçün sağa-sola boylanaram.

Cismidə cismin olaram,ətrafında fırlanaram,

Dönüb şəmə ...pərvanətək dolanaram məndə varam...

 

Bu sənsizlik,anlarımda duyğusal bir xəyalımdır,

Əks edirəm,göz önümdə surətə gələn halımdır.

Bax aynaya, ötənləri kecənləri gəl canlandır ,

Deyim sənə..diqqətlə bax, baxışlarda məndə  varam....скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!