Bir olaq yenə

Bir olaq yenə
Şeirlər - Hekayələr
10.09.2017 18
Yenə də ağlıyır ürəyim mənim

Qəm yükü daşıyır kürəyim mənim

Sən idin qəlbimə dirəyim mənim

Qəlb uçar, olmasa o dayaq yenə

Getmə, gəl gözəlim, bir olaq yenə



Unutmaq olmur o şirin söhbətin

Bu sənsiz gecələr çətindir çətin

Dərmanım varsa da - saf məhəbbətin

Əvəzsiz günlərə qayıdaq yenə

Getmə, gəl gözəlim, bir olaq yenə



Sənsizlik dərdinə dözəməz Həsən

Öləcəm yaxında özüm deyəsən

Gedirsən, son dəfə heç olmasa sən

Gözünün ucuyla mənə bax yenə

Getmə, gəl gözəlim, bir olaq yenə



Qəlbimə dolduran daş mən olmuşam

Sanki öz özümə düşman olmuşam

Sevgilim, inan ki, peşman olmuşam

Yandıraq ürəkdə bir ocaq yenə

Getmə, gəl gözəlim, bir olaq yenəскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!