Məndən xəbərsiz

Məndən xəbərsiz
Şeirlər - Hekayələr
10.09.2017 6
Dünən tək qalmışdım özüm özümlə

Yenə çox agladım səssiz-səmirsiz

Qəlbimə axırdı o göz yaşlarım

Qəlbimə axırdı səndən xəbərsiz.



Bağışla göz yaşım,bağışla məni

Sən də hisslərim tək sirrli, səbəbsiz

Heç kim bilməyəcək görməyəcəkdir

Mənim varlığım tək yardan xəbərsiz.



Yuma qəlbimdəki xatirələri

Dindirmə onları sən bəhanəsiz

Axdıqca qəlbimə sən damla-damla,

Onlar da kövrəlir məndən xəbərsiz.

 

Tünzalə Rasimqızı

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!