Küsüb getmisən

Küsüb getmisən
Şeirlər - Hekayələr
10.09.2017 9
Bilmirəm hardasan,yoxsan,itmisən,

Məni də arxanca sürgün etmisən,

Sən məndən ömürlük küsüb getmisən,

Mən səni həmişə danışdırıram.



Bilirəm bu sənin son gedişindi,

Səninlə barışmaq artıq çətindi,

Səndən yox özümdən küsmüşəm, indi

Özümü özümlə barışdırıram.



Yatağım buz kimi, özümdə xəstə,

Sevməyə qalmayıb daha həvəs də,

Sənin həsrətinin ocağı üstə,

Əlimin içini qızışdırıram.



Mən sənin əbədi tərk edilənin,

Yanıb həsrətindən külə dönənin.

Hələ çox yanacam oduna sənin,

Indidən özümü alışdırıram.



Getdin hər şey qaldı yarı yarımçıq,

Arzular dağınıq, fikir dağınıq.

Gör neçə il keçib üstündən artıq,

Sənin tökdüyünü yığışdırıram.



Yetər ki qapımı gəlib döyəsən,

Demirəm ki məndən üzr istəyəsən,

Bağışla sevgilim amma deyəsən,

Səni özgəsiylə qarışdırıram...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!