Əl əli yumasa

Əl əli yumasa
Şeirlər - Hekayələr
10.09.2017 26
Əl əli yumasa, əl üzü yumaz,

"Hörmət" eləməsən, əlin yuyulmaz.

O "hörmət" ki, ancaq cibləri gəzir,

Ciblər boş olanda olursan yesir.



Ürəyi dolular lap qəlbdən düşüb,

Ürəyin hörməti çox dəbdən düşüb.

Cibin "hörmət"inə möhtac qalıbdır,

Cibləri dolular meydan alıbdır.



Başa kimdir girən, cib əlin yolu,

Başın da boş olsun, ciblərin dolu -

Çəkidə hamıdan gələrsən ağır,

Əlin əl yumasa, üzün qalar qır.



"Hörmət" eləməsən, hörmət görməzsən,

Yaxşının dadını bilməzsən heç sən.

Rüşvətin mədəni adıdır "hörmət",

Dadların ən gözəl dadıdır "hörmət".



Nə yaxşı ki, "hörmət" varmış dünyada,

Yoxsa hamı pulsuz qalar arada.

Hamı bir-birini soyur, talayır,

Özünə ev qurur, ocaq qalayır.



Maaş olmayanda dəb olur "hörmət",

Bəs, necə yaşasın, dolansın millət?!

Olmasa əlləri yuyan o əllər,

Üzlər qara qalar, olmaz əməllər!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!