Vicdan susanda

Vicdan susanda
Şeirlər - Hekayələr
10.09.2017 41
Anasın atandır torpağın satan,

Vicdanın, görəsən, haçan salıbmış?

Bəlkə doğulanda vicdanı yoxmuş,

Qanını vicdansız qandan alıbmış?!



Pulu, var-dövləti və eyş-işrəti

Anadan, torpaqdan o baha bilmiş.

Elə vicdanın da onlarla satmış,

Yəqin ki, ağlını hərislik almış.



Satılmış vicdanın bircə qırığı

İlişib qalsaydı onun canında,

Qışqırıb, hayqırıb didərdi onu,

Eyş-işrət içində olan zamanda.



İnsan cansız olur vicdan susanda -

Qara yaş kösövdür cəsədi onda.

İnsan qansız olur vicdan susanda -

Ürək donub qalır qansız olanda.



Ən bədbəxt cəsəddir vicdansız cəsəd -

Qaytara bilməyir itmiş vicdanı.

Vicdanlı vücuda aparır həsəd,

Bilmir, hara qoya çirklənmiş canı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!