Olmasa var-dövlət

Olmasa var-dövlət
Şeirlər - Hekayələr
10.09.2017 30
Darda, çətinlikdə olan zaman mən,

Hamının əsl üzün yaxşı sezirəm.

Maskalı üzlərdən vaxt olur, inan,

Bu qərib şəhərdə, vallah, bezirəm.



Zamandan asılı üzlər görürəm -

Var-dövlət olanda ocaq alışır.

Zamanla dəyişən gözlər görürəm -

Qohumlar qaynaşır, yad doğmalaşır.



Qapının zəngiylə telefon zəngi

Səhərdən axşama hey yarışırlar...

Təriflər, alqışlar burulğanında

Qohum-əqrəbalar aşıb-daşırlar.



Vay o gündən, vəzifə, var-dövlət itə,

Qohum-əqrəbalar, dostlar, tanışlar

Elə bil, yox imiş, ömürlük itər,

Göylərə çəkilər şimşək alqışlar.



Telefon darıxar səssiz-səmirsiz,

Qapı həsrət qalar qonaq üzünə.

Qalanda səs-küysüz, bir hənirtisiz,

Divarlar yeriyib gələr üstünə.



Milçək qana gəlir, arı şirəyə,

İnsan vəzifəyə, vara, dövlətə.

Nə ola insanlar bir-birin çəkə

Ancaq məhəbbətə, bir də hörmətə!



Əbədi olacaq belə yaxınlıq -

Nə evlər işıqsız, nursuz olacaq,

Nə köksüz olacaq belə qohumluq,

Nə güllər vədəsiz, vaxtsız solacaq!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!