Kimsəsiz məzar

Kimsəsiz məzar
Şeirlər - Hekayələr
10.09.2017 21
Bir gün məzarlığa düşəcək yolun,

Bir gün sən kimisə yad eliyərsən.

Bir-iki çiçəklə dolacaq qolun,

Cismimin olduğu yerə gələrsən.



Qəlbin kövrələcək gözün dolacaq,

Yaxın bir tanışın il dönümündə.

Aldığın çiçəklər bir-bir solacaq,

Kədər doğulacaq sənin gözündə…



Uzaqdan bir məzar dəyər gözünə,

Məzarın ətrafı kol-kos olubdur.

Biraz düşünərsən özün-özünə,

Bu məzar nə üçün yalnız qalıbdır?



Görəsən heç gəlib-gedəni yoxmu?

Görəsən bu məzar yad edilirmi?

Orda uyuyanın günahı çoxmu?

Görən bu məzara kimsə gəlirmi?



Uzaqdan-uzağa baxıb məzara,

Qəribə doğmalıq duyarsan ondan.

Elə bil bir doğman axıb məzara,

Səninsə xəbərin yox imiş bundan.



Gələrsən məzarı silərsən biraz,

Silərsən qədrimi bilənlər kimi.

Baş daşın oxuyub gülərsən biraz,

Göz yaşı içində gülənlər kimi.



Öncə gülümsəyib acı qismətə,

Sonra yanağını yaşlar alacaq.

Bu acı talehə,bu məhəbbətə,

Bu dəfə ruhun da məətəl qalacaq…



Ağlama…Göz yaşın məni gətirməz…

Bəsdir az qəlbimi parçala,az deş!!!

Bu yazı bir ömür gözündən itməz –

-” Cahangirov Məlik, 95-15… "…



Müəllif: Məlik Cahanскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!