Ədalətsiz həyat

Ədalətsiz həyat
Şeirlər - Hekayələr
10.09.2017 21
Neyləyirsən eylə, həyat.

Mən belimi bükməyəcəm.

Sənlə mübarizəm qəti.

Öz yolumdan dönməyəcəm.



Söylə neçə xəyalları

uçurumdan atacaqsan.

Mənim kimi olanları

gözü yaşlı qoyacaqsan.



Mən də dözüm, iradə var.

Sənin işin bir az çətin.

Həyat, səni məhv edəcəm!

Yoxdu sənin ədalətin.



Silahın dərd, qəm, kədərsə

qalxanım xoş ümidlərdir.

Ölən sevgi deyil inan

yaşanan boş dəqiqələrdir.



Adil Turanскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!