Bağışlaya bilmirəm

Bağışlaya bilmirəm
Şeirlər - Hekayələr
10.09.2017 20
Birimiz qış olduq, birimz bahar,

Sanki bilinmirdi, bizdə sevgi var.

Söndü ürəyimdə şirin arzular,

Səni bağışlaya bilmirəm artıq.



Soyuyub baxışın, soyuyub qəlbin,

Əlimə dəyməsin o soyuq əlin.

Həsrətin çəkdirdin mənə illərin,

Səni bağışlaya bilmirəm artıq.



İndi sən dönübsən acı xəyala,

Səni bivəfalıq saldı bu hala.

Deyirəm, ömürlük yadında qala,

Səni bağışlaya bilmirəm artıq.



Unut ürəyindən, unut sən məni,

Sevirəm – adlanan şirin kəlməni.

Çoxdan ürəyimdən silmişəm səni

Səni bağışlaya bilmərəm artıq…



Müəllif: Çingiz Babaoğlu

(Ç. Əliməmmədov)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!