Ay Rüqəyya

Ay Rüqəyya
Şeirlər - Hekayələr
10.09.2017 8
Şirin laylan qamçı oldu,

Qara gözlər yaşla doldu,

Gül bənizin nə tez soldu?!

Ay Rüqəyya, ay Rüqəyya!

Ay Rüqəyya, ay Rüqəyya!



***



İsti qumlar beşiyindir,

Həzrət Abbas keşiyindir,

Baban, əmmən nə şirindir...

Ay Rüqəyya, ay Rüqəyya!

Ay Rüqəyya, ay Rüqəyya!



***



Bülbül kimi, dil açardın,

Fidan idin, gül açardın,

Hikmətə bax, nur saçardın –

Ay Rüqəyya, ay Rüqəyya!

Ay Rüqəyya, ay Rüqəyya!



***



Sönəydi Şamın şamları,

Qara gəlsin axşamları,

Zəlil olsun düşmanları –

Ay Rüqəyya, ay Rüqəyya!

Ay Rüqəyya, ay Rüqəyya!



***



Sənə salam olsun deyək!

Gəlib ziyarət eyləyək!

Günahkarıq, nə söyləyək –

Ay Rüqəyya, ay Rüqəyya!

Ay Rüqəyya, ay Rüqəyya!



***



Babandan iltimas eylə,

Bizi bağışlasın, söylə.

Barigahın Zeynəbiyyə -

Ay Rüqəyya, ay Rüqəyya!

Ay Rüqəyya, ay Rüqəyya!



***



Cəbrayılın dərdi çoxdur –

Sızıldayır, günü yoxdur...

Kərbəlada batan oxdur –

Ay Rüqəyya, ay Rüqəyya!

Ay Rüqəyya, ay Rüqəyyaскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!