Hicabımi deyil, canımı iste!

Hicabımi deyil, canımı iste!
Şeirlər - Hekayələr
10.09.2017 12
Hicabım, bayrağım başımın üstə,

Canımdan keçərəm, ondan keçmərəm!

Hicabımı deyil, canımı istə,

Canımdan keçərəm, ondan keçmərəm!



Hicab - Xanımımdan mənə yadigar,

Onu Zeynəb edib mənə etibar.

Hicabsız bu dünya mənə olar dar,

Canimdan keçərəm, ondan keçmərəm!



Hicab Allah əmri, bihudə sayma,

Allahın əmrinə qadağa qoyma!

O, mənim dərimdir, dərimi soyma!

Canımdan keçərəm, ondan keçmərəm!



Hicab ismətimdi, hicab arımdı,

Həm varlığımdı, həm də varımdı,

Qiyamət günündə mənim karımdı,

Canımdan keçərəm, ondan keçmərəm



Ey, hicaba qarşı duran kimsələr,

Məkrli hiylələr quran kimsələr,

Zəhranın qəlbini qıran kimsələr,

Canımdan keçərəm, ondan keçmərəm!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!