Deyiləm

Deyiləm
Şeirlər - Hekayələr
10.09.2017 8
Doğruya tərəfəm, yalana yadam,

Yaxşıya doğmayam, yada inadam,

Mənə belə zülüm vermə ay adam!

Mən sənə bu qədər yaman deyiləm...



Helə kürəyimə çatmır qolların,

Ayrılıq toxuyur qalmaqalların,

Adamı deyiləm ehtimalların,

Sende heqiqetem, güman deyiləm...



Özün islanırsan öz yaşlarında,

Cızıltım çoxalır köz yaşlarinda,

Məni qərq eyləmə göz yaşlarında,

Yaman tez batıram, saman deyiləm..



Özündən uzağa?...

Yox çəkmə məni,

Sevdanın acı çək, tox çəkmə məni,

Əvvələ, axıra çox çəkmə məni,



Mən gəldi-gedərəm, zaman deyiləm...



Keçmisən canıma, qanıma, Qadın,

Cəzamı yazıldın alnıma, Qadın?!

Mənim qürurumla oynama, Qadın!

Əysən qırılaram, kaman deyiləm...



Qərar ver: dünyamda ya bat, yada bit,

Mənim həyatımda ya qal, ya da it,

Belə de olmaz ki, ya gəl, yada get!

Səndən ayrı nəsə uman deyiləm...



Sən məni Tanrının sözü kimi bil,

Sənə ən yaxının yüzü kimi bil,

Məni məhəbbətin özü kimi bil,

Bir dilim sevgiyəm, insan deyiləm...



Tural Atəşскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!