Ölümün anı

Ölümün anı
Şeirlər - Hekayələr
10.09.2017 6
Bir seher oyanıb qapı sesine,

Astaca qapına yaxınlaşarsan.

Açım açmayımmı deye düşünüb,

Qapı desteyinden berk yapışarsan.

Qapı arxasından gelen seslerde,

Ne olub ne keçir heç anlamarsan,

Eleki qapını açıb üzüne,

Maraqla hevesle hey boylanarsan.

Qapıdan içeri bir uşaq girer,

İlahi bu niye mene doğmadır?

Sonradan ağlına qefilden geler,

Bu ki ele menim uşaqlığımdır.

Ardından içeri bir qadın girer,

Gözünde mehebbet,üzünde gülüş.

Onun yanında da hündür boy kişi,

Bunlar yad deyilmiş,bunlar doğmaymış.

Qadının qoxusu bürüyer evı,

Yadına analı vaxtların düşer.

Elinden yediyin dadlı yemekler,

Qolunda yatdığın günlerin düşer.

Bir baxış yetirib gelen kişiye,

Zehminden çekinib biraz qorxarsan.

Birden üzündeki saflığa baxıb,

Niye qorxuram ki, sen ki atamsan.

Nece darıxmışam men sizin üçün,

Doğma ziyaretdir,eziz görüşdü.

Ne olar eyleşin menim xetrimçün,

Ne olar getmeyin,qalın besimdir.

Bir göz qırpımında yox olar hamı,

Özünü kefenli halda görersen.

Biraz xatırlayıb biten ömrünü,

Anan,atangile teref gedersen.



Seva Rəhimovadanскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!