Dünya köhnə dünyadı

Dünya köhnə dünyadı
Şeirlər - Hekayələr
10.09.2017 18
Dünya köhnə dünyadı,

Sevgiləri təzədi.



Görüşə gedəni var,

Görüşdən gələni var.

Kövrəlib ağlayanı,

Ürəkdən güləni var.



Son bahar yarpaqları

Saralmış xatirədir.

Dünyaya sevgi gəlir,

Dünyadan sevgi gedir.



Dağlarda qar əridi,

Qışın üzü yazadı.

Dünya köhnə dünyadı,

Gülüşləri təzədi.



Çəmənlərə şeh düşür,

Sırğa taxır çiçəklər.

Çiçəkləri gül əllər

Çəməndən dərəcəklər.



Hər ürək çiçək kimi

Məhəbbətlə açılır.

Ömrümüzə bir eşqin

Son ünvanı yazılır.



Hər çiyəyin ünvanı

Bir gülüzlü qızadı.

Dünya köhnə dünyadı,

Çiçəkləri təzədi.



Göylər baxıb güllərə

Hər səhər güzgülənir.

Hər axşam ulduzlardan

Yeni sevgi ələnir.



Ulduzların bizimlə

Sirli bir söhbəti var.

Sevənlərin köksündə

Dəniz məhəbbəti var.



Yenə də ömrümüzü

Gül-çiçəklər bəzədi.

Xatirələr dil açdı,

Sevgi nəğməsini dedi.

Dünya köhnə dünyadı,

Sevgiləri təzədi...



Nüsrət Kəsəmənliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!