Bəlkə bir şeir yazım?

Bəlkə bir şeir yazım?
Şeirlər - Hekayələr
10.09.2017 6
Bəlkə bir şeir yazım

Gecənin səssizliyindən,

Qəlbimin sənsizliyindən,

Sənsiz aldığım nəfəsimdən.

Bəlkə bir şeir yazım

Kimsə gəlib soruşsa ki,

Nə edirsən gecə vaxtı?

Onun üçün şeir yazıram

Deyə olsun bir cavabım.

Sonra yerimdə vurnuxub

Nə edim, yuxum gəlmir deyim.

Necə deyim onu istər,

Onu gözlər bu beyin.

Necə deyim onsuz inlər

Yalnız qalan bu ürəyim.

Necə deyim tərk edilmiş,

Necə deyim aldanmışam.

Axı sevgilim olmayıb

Necə deyim darıxmışam,

Mən kim üçün ağlamışam?

Kimi istər bu ürəyim,

Kimi gözlər bu gözlərim?

Niyə axı onu istər,

Onu düşünər bu beyin?..

Kimliyini gizlədib

Qəlbimə yara vurmusan.

Bəlkə də sən olmamısan,

Səni xəyalımda uydurmuşam.

Onda bir səbəb de mənə,

Niyə yazdım mən bu şeiri?

Niyə yazdım səni görməyən gözlərimin

Səni gözləməyindən?

Niyə yazdım səni sevməyən ürəyimin sənsizliyindən?

Niyə yazdım yalnızam mən,

Axı, niyə yazdım bu şeiri mən?

Bəlkə başqa şeir yazım?

Bu dəfə arzulardan,

Xoşbəxt olan insanlardan,

Daim gülən bir səmadan

Yazım bəlkə bu şeirimi?

Yox, bəlkə heç nə yazmayım,

Qəmdən, kədərdən uzaq

Xoşbəxt həyat yaşayım.

Unudum olanları, bütün yaşananları.

Daha şeir yazmayım, hisslərimdə azmayım...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!