Nağıl dünyası

Nağıl dünyası
Şeirlər - Hekayələr
10.09.2017 11
Dönübdür nağıla dünyanın üzü,

Sönübdür hicranın ocağı,közü,

Tökülüb kədərin,qüssənin gözü,

Dünya sanki,rəngli nağıla dönüb.



Aləm bürünübdür gülə-çıçəyə,

Həsrətin ocağı,atəşi sönüb,

Səadət sultanlıq edir ürəyə,

Dünya sanki,rəngli nağıla dönüb.



Yağır leysan kimi sevgi yağışı,

Yerin üzü sanki,cənnətə dönüb,

Hər tərəf olubdur lalə,bənövşə,

Dünya sanki,rəngli nağıla dönüb.



Insanlar incəlib mehriban olub,

Zaman fırlanıb gözəl dövran olub.

Diyarımız güllü bir cahan olub,

Dünya sanki,rəngli nağıla dönüb.



Müəllif : Ruslan Əliyevскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!