Payız

Payız
Şeirlər - Hekayələr
10.09.2017 14
Payız göyün yerə mahəbbətidir,

Yer üçün darıxıb hərdən ağlayır.

Bəlkə məhəbbətin ülviyyətidir,

Onları qırılmaz tellə bağlayır.



Payız təbiətin düşüncəsidir,

Həyatı sevməyə səsləyir bizi.

Sanki təbiətin həzin səsidir,

Onu dinləməyə səsləyir bizi.



Payız durnaların köç etməsidir,

Baharı sevməyə çağırır bizi.

Bir ömrün sonunu bildirməsidir,

İxtiyar çağında axtarır bizi.



Payız ürəklərin qəmi, nisgili,

Bir sönən ürəyin döyüntüsüdür.

O, küskün talenin bir solan gülü,

Sevginin aldadan görüntüsüdür.



Müəllif: Çingiz Babaoğlu

(Ç Əliməmmədov)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!