Saxlayın, gedən qatarı

Saxlayın, gedən qatarı
Şeirlər - Hekayələr
10.09.2017 14
Bu qatar vüsaldan həsrətə gedir,

Vətən ürəyimdən qürbətə gedir,

Deyəsən ayrı bir qismətə gedir,

Nə olar, saxlayın gedən qatarı.

Gülüşü aparır, göz yaşım qalır,

Ürəyim boşalır, gözlərim dolur,

Bu qatar ayrılıq havası çalır,

Nə olar, saxlayın gedən qatarı.

Zamanı doğrayıb biçir bu qatar,

Sevgimin üstündən keçir bu qatar,

Mənim göz yaşımı içir bu qatar,

Nə olar, saxlayın gedən qatarı.

Yüyürsəm, çağırsam çata bilmərəm,

Qəlbimdən qoparıb ata bilmərəm.

Getdimi, bir daha tuta bilmərəm,

Nə olar, saxlayın gedən qatari.

Menim baharımı aparıb gedir,

Əlini əlimdən qoparıb gedir.

Qoymayın,yarımı aparıb gedir,

Nə olar, saxlayın gedən qatarı.

 

Nüsrət Kəsəmənliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!