Əlvida demirəm, görüşəcəyik

Əlvida demirəm, görüşəcəyik
Şeirlər - Hekayələr
10.09.2017 16
Endi gözümüzə həsrətin çəni.

Hicran yaman yerdə haqladı məni,

Bu kədər yağışlı ayrılıq günü

Əlvida demirəm, görüşəcəyik...

Indi ağlayırıq biz için-için,

Sonu gələcəkmi bu qəmli köçün?

Hələlik deyirəm, təsəlli üçün

Əlvida demirəm, görüşəcəyik.

Bu qəmin əlində sola bilmərik,

Bir başqa sevgidə yana bilmərik,

Mən sənsiz, sən mənsiz qala bilmərik,

Əlvida demirəm, görüşəcəyik.

Gəldi bu ayrılıq dərd, qada kimi,

Batdıq qəm gölündə bir ada kimi,

Sən bir nəğmə kimi, sən səda kimi,

Əlvida demirəm, görüşəcəyik.

Qalandım məhəbbət ocağına mən,

Nə deyim sevginin bu çağına mən?

Bu inad həsrətin acığına mən

Əlvida demirəm, görüşəcəyik.

 

Nüsrət Kəsəmənliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!