Soruş hardayam

Soruş hardayam
Şeirlər - Hekayələr
10.09.2017 4
Nə olar, bir dəfə soruş hardayam,

Bəlkə ürəyimdə sözüm var elə?!

Bəlkə çətindəyəm, bəlkə dardayam,

Bəlkə yollarında gözüm var elə?!



Nə olar, bir dəfə soruş necəyəm!

Ağır bir yükdürmü bu iltifatın?

Açılmaz sabaham, soyuq gecəyəm,

Çıxılmaz yoluyam mən bu həyatın...



Sənsə... möcüzəsən, gözümün nuru,

Bircə gülüşün də şad edir məni.

Dünəndə buraxıb hirsi, qüruru,

Gəl, ovut qəlbimin incikliyini!



Nə olar, bir dəfə soruş hardayam!

Bəlkə ürəyimdə sözüm var elə?!

Nə olsun yanından uzaqlardayam,

Məni bir sözünlə bəxtiyar elə!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!