O qədər cavabsız suallarım var

O qədər cavabsız suallarım var
Şeirlər - Hekayələr
10.09.2017 10
O qədər cavabsız suallarım var.

Suallar üstünə sual qalanır.

Birini düşünüb tapana yaxın,

O biri sualda, ona calanır.



Suallar içində itib, batıram.

Düşünüm hansını, çözüm hansını?

Məni bu halətə salan kəslərin,

Axtarım hansını, gəzim hansını?



Fikirdən əriyən adam görmüsüz?

Yanıram oduma şam yanan kimi,

Fikirlər başıma dolanır mənim,

Pərvanə şam üstə dolanan kimi.



Suallar zülmətə qərq edib məni.

Zülmətin üstünə yeriyirəm mən.

Nə fayda? mən təkəm suallarsa çox,

Yanıram,yanıram ­, əriyirəm mən.



Mənim bu yanmagım,bu alışmağım,

Ömürlük payındır, əmanətindir.

Bir Allah bilir ki, nələr çəkirəm.

Kaş mənim yanımda olaydın indi.



Sən niyə dəyişdin? mənə yad oldun?

O qədər doğmalıq hanı bəs indi?

Sən məni sevərkən xəyalın mənim,

Varlıgın tamam bir başqa kesindir.



Görəsən bilirmi həyat yoldaşın?

Gözlərin hər gecə yol çəkir sənin.

Görəsən bilirmi yalan məhəbbət,

Bədbəxt gələcəyinə,qol çəkir sənin.



O hardan bilir ki, hər səhər-axşam,

İntizar odunda yanan biri var,

Hər addım səsində qapıya qaçıb,

Sənin gəldiyini sanan biri var.



Gör məni həsrətin nə günə salıb,

Görəndə gözünə inanmırsan heç,

Qorxuram qapına gələm deyəsən,

Yaşından, başından utanmırsan heç?



Mən kömək istədim fikirlər mənim,

Yağarkən başıma bəyaz qar kimi,

Ürəyin yansa da əlin çatmadı,

Uzaqda yaşayan qohumlar kimi...

 

Müəllif : Xəzər Süleymanlıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!