Qapını döyməmiş, içəri girmə

Qapını döyməmiş, içəri girmə
Şeirlər - Hekayələr
10.09.2017 9
Soruşma necədir,sənsiz həyatım!

Danışsam,yumşalar,o qəddar ürək.

Gədəndə biləydin qədrimi! indi,

Hardayam,necəyəm,nəyinə gərək?



Yanında sevdiyin,evin-eşiyin.

Gözünə başqası görünərmi heç?

Sevdiyi insana sarılıb yatan,

Küçədə qalanı düşünərmi heç?



Düzdü mən küçədə qalan deyiləm.

Nə haqla yoxsulam,kasıbam deyim?

Hər şeyim olsa da,nəyimə gərək?

Əgər sən yoxsansa,yoxdur heç nəyim...



Donubdur üzümün ifadəsi də,

Ağlayıb,gülürəm baxışlarımla.

Süpürgə dəyməyən otağı hər gün,

Süpürüb,silirəm baxışlarımla...



Sən məni nə üçün bu hala saldın?

Sinəndə daş imiş ürək yerinə.

Həyatdan,sevgidən iştahım küsüb.

İndi qəm yeyirəm,çörək yerinə.



Deyirsən,sevilim,sevim yenidən.

Mən də bu barədə düşünmüşəm çox!

Amma ki, bir iş var,yüz il də keçsə,

Sən olsan sevərəm,sən olmasan Yox!



Bax indi bildinmi necəyəm sənsiz?

Ürəkdə xətrimi çalış itirmə!

Üst-başım bərbaddır, nə vaxtsa gəlsən,

Qapını döyməmiş,içəri girmə...!!!

 

Müəllif : Xəzər Süleymanlıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!