Bir gecə özümü asacam gülüm

Bir gecə özümü asacam gülüm
Şeirlər - Hekayələr
10.09.2017 13
Gözlərim gözünə həsrətdir nədən?

Əllərim toxunmur əlinə sənin?!

Görəsən yadına düşürəmmi mən?

Heç adım gəlirmi dilinə sənin?



Demişdim ölərəm,sən gedən zaman.

Yaşadım ölmədim,məni bağışla...

"Kişilər ağlamaz" düşündum o an,

Ağlaya bilmədim,məni bağışla...



Ağlaya bilmədim...Buna səbəb var.

Bağışla nə olar,məni əzizim...

Qorxdum ki göz yaşım yolu isladar,

Yolundan edərəm səni əzizim...



İndi bir göz yaşım,bir də ötənlər.

Bundan ibarətdir nəyim vardısa,

Nə sən qayıdacaqsan,nə də o günlər,

Zaman da sənintək inadkardısa...



Unutmaq üçün çox yaxı zamandı.

Nəyin var,sil-süpür,keçmişdə qalsln.

Gözümün yaşını silmə amandı,

Mənim də silməyə bir şeyim olsun...



Sən daniş,mən daha susacam gulum...

Baxışım iz salar susduğum yerə.

Bir gecə özümü asacam gülüm,

Divardan şəklini asdığım yerə...

 

Müəllif : Xəzər Süleymanlıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!