Kaş ki...

Kaş ki...
Şeirlər - Hekayələr
10.09.2017 43
Kaş ki bu millətin olardı beyni,

Əyri-üyrü yollara olmazdı meyli

Sizi inandırım birləşsə bu xalq,

Doğru qarşısında susardı nahaq.



Soyuq qış günündə yetim uşaqla

"Kaş ki" deyib Allaha ümid bağlayar

Şaxta baba gəlsənə Bakıya tərəf,

Bəlkə kimsəsizlərin bir istəyi var?



Kaş ki kanallarımızda olardı vicdan

İnsanların nəyinə gərəkdir yalan?

Verdikləri xaricdəki işsiz səviyyəsi,

Ya da ki səviyəsiz şou-proqram.



Kaş ki müəllimlərə olardı hörmət,

Lügətimizdə hörmətin mənası rüşvət.

İnkişafdan dəm vuran neft ölkəsində,

İnkişaf edəcəkmi haqq-ədalət



Kaş ki anlayardı "lotu qaqaşlar",

Dilənməklə olmazlar cəmiyyətə xeyir.

Məşğuliyyət təsbeh yox,olsa kitablar,

Yəqin dəbdən düşərdi dolya,Üzeyir.



Kaş ki qara qəlbimdə olardı sevgi

Təəssüf... Hər şeyə itib inancım.

Həyat tərzimizə lazımdır silgi

Dəhşətli yanğına belə,lazım qığılcım.



Müəllif:  M.İsayevскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!