Kimdədir günah?

Kimdədir günah?
Şeirlər - Hekayələr
10.09.2017 7
İnsanlar bir-birinə qarşı soyuqsa,

Lazımsız kəslərə hörmət qoyursa,

12 yaşlı uşaq dükan soyursa,

De mənə bu yerdə kimdədir günah ?



Şəhərli kəndliyə yuxarıdan baxır,

Satıcı müştəriyə xarab mal satır,

Müəllim maaşı kontura çatır,

De mənə bu yerdə kimdədir günah ?



Cavanların iş-gücü siqaret,qumar

Son anda onları gözləyir məzar

Əsgər ölür , nakam qalır analar

De mənə bu yerdə kimdədir günah ?



Şərəfsizlər aldı şərəf ordeni ,

Zəmanəmiz bu cür alçalıb yəni

Ziyalı borc alıb,verir kirayəni

Yaşamaq çətinsə,kimdədir günah ?



"Əəə bir-bir" söylədi "təmkinli xaqan"

Metrolarda kitab oldu qadağan,

Bu millətə lazım sarımsaq,soğan

Kitaba yoxsa hörmət, kimdədir günah ?



Bu xalqa gəldilər bolluca kələk

Sən yerində sayırsan,nə deyir fələk?

Əkrəm Əylislini sovurdu külək ?

Millət avamdırsa, kimdədir günah ?



Benzinin qiyməti oldu 1 manat,

Guya ki gəldilər xalqa qol-qanad

Ey xalqım yat hələ,olma narahat ,

Oyananda söylə: Məndədir günah !



Müəllif: M.İsayevскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!