Bu gecə yuxuma gəlmişdi anam

Bu gecə yuxuma gəlmişdi anam
Şeirlər - Hekayələr
10.09.2017 2
Bu gecə yuxuma gəlmişdi anam

Yenədə saçımı tumarlayırdı,

Sənsən göz bəbəyim, sənsən can balam

Deyib canım oğlum, o ağlayırdı.

 

Yatmazdan sıxıntı çəkmişdim biraz

Çəkdiyim acımı bilmişdi anam

Mən gecə dərdimi Allaha dedim

Röyyada köməyə gəlmişdi anam

 

Canlı səhnə idi yuxu deyildi

Yox-yox demiyəkki ölmüşdü anam

Analar ölməzlər daim yaşarlar

Aşkarda qapımı döymüşdü anam

 

Bəli qoy eşitsin anası sağlar

Analar ağlasa,göz yaşın silsin

Anadan qiymətli bir varlıq yoxdur,

Analar mələkdir, dəyərin bilsin.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!