Bir məyusluq

Bir məyusluq
Şeirlər - Hekayələr
10.09.2017 20
Getsəm, çətin bir də dönəm mən bura,

Bir də, inanmıram, qayıda biləm.

Qayıdıb kimsəni ağıllandıram,

Kimsəni yuxudan oyada biləm.



Yox, düz başlamadım mən bu nağılı:

Axı yatan yoxdur, hamı oyaqdır.

Bunların hamısı - məndən ağıllı,

Bunların hamısı - məndən ayıqdır.



Qarışıb dünyanın tülkü-təkəsi,

Daha bir kimsəni tanımaq olmur.

Heç bir naxələfi, heç bir nakəsi

Hakəsliyə görə qınamaq olmur.



Üzlərdə - təbəssüm, ürəklərdə - şər:

Bu necə məzhəbdi, bu necə dindi!

Ömründə bir dəfə risk etməyənlər

Riskdən, cəsarətdən danışır indi.



Deyirdim, bəlkə də məndədir günah,

Bəlkə mən çaşmışam - haqdan dönmüşəm...

İndi lap arxayın oldum ki, Allah,

Bir haqlı varmışsa, o da mənmişəm.



Gəldim, öz "səhvimi-suçumu” qandım,

Bir də seyr eləyib yaxını, yadı.

İnandım, axır ki, mən də inandım,

Bildim ki, bu dünya köhnə dünyadı.



Boş bir əfsanəymiş həya da, haqq da!

Göz də gördüyündən usanmış, ALLAH !!

Lap qarışqanı da tapdalamaqdan

Haqqı tapdalamaq asanmış, ALLAH !!



Hərə bir daş tapıb, çırpdı başıma,

Haçan sağalacaq bu yara, ALLAH !!

Bitmiş ömürləri bir də yaşamaq

Nə yaman xoş gəldi bunlara, ALLAH !!



Əkrəm Əylisliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!