Bu hicrana dözəcəyəm birtəhər

Bu hicrana dözəcəyəm birtəhər
Şeirlər - Hekayələr
10.09.2017 5
Unutmadi gözlərini gözlərim,

Mənim gözüm, sənin gözün deyil ki,

O yerləri naxişlayir izlərim,

Mənim izim, sənin izin deyil ki.



Yalanlara öyrətmədim dilimi,

Mənim dilim, sənin dilin deyil ki,

Hər yetənə uzatmadim əlimi,

Mənim əlim, sənin əlin deyil ki.



Uçub getdin sazaq düşdü könlümə,

Mənim qəlbim, sənin qəlbin deyil ki,

Sən gülüşün yaranibsan inləmə,

Mənim qəmim, sənin qəmin deyil ki.



Sən qaraltdin, mən ağartdim sacimi,

Mənim saçim, sənin saçin deyil ki,

Eşidənlər bagişlayir suçumu,

Mənim suçum, sənin suçun deyil ki.



Yerə düşdü odlu sözüm közərdi,

Mənim sözüm, sənin sözün deyil ki,

Qarşilaşdiq, dil susdu, üz qizardi,

Mənim üzüm, sənin uzun deyil ki.



Sən yolunu dəyişdirdin bir səhər,

Mənim yolum, sənin yolun deyil ki,

Bu hicrana dözəcəyəm birtəhər,

Dözəcəyəm, hicran ölüm deyil ki...

N. Kesemenliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!