Bircə sən necəsən soruşmayasan

Bircə sən necəsən soruşmayasan
Şeirlər - Hekayələr
10.09.2017 31
İndi eynən sənə oxşayıram ha:

Hamıya deyirəm yaxşıyam, sağol.

Sənin sözlərindir dilimdə daha,

Mən ölüm, ayıbdır, sən öl, qonaq ol.



Belə baxıram ki, mövzu da çoxdur,

Hər şeydən danışıb gic-gic gülürəm.

Elə bir məqsədim-zadım da yoxdur,

Boş-boş işə gedib, işdən gəlirəm.



Hərdən də gedirəm, dostlara dəyim,

Heç kim də soruşmur niyə azmışam,

Həvəsim də yoxdur sübut eləyim,

O şeiri o vaxtı belə yazmışam



Nə var ki, yaxşıyam, sağlamam, sağam,

Hər şey daha yaxşı, daha da asan.

Birazdan özüm də inanacağam.

Bircə sən necəsən soruşmayasanскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!