Saxla göz yaşını lazım olacaq

Saxla göz yaşını lazım olacaq
Şeirlər - Hekayələr
10.09.2017 24
Bilsəm ki, görüşlər, gülüşlər əbəs,

Dodaqlar sevgini yalan deyirsə,

Sevdiyin deyilsə axtardığın kəs,

Üfüqdə ayrılıq gözə dəyirsə,

Saxla göz yaşını lazım olacaq...



Qara gün gələcək gözləməsən də,

Susub, ağ gününü bitirəcəksən.

Bir gün istəsən də, istəməsən də,

Atanı, ananı itirəcəksən,

Saxla göz yaşını lazım olacaq...



Nə vaxtsa alacaq səni bir kişi,

Nə vaxtsa sənin də üzün güləcək.

Övlad qayğısıyla, ev-eşik işi,

Nə vaxtsa sənə də çətin gələcək,

Saxla göz yaşını lazım olacaq...



...Günü yola salıb qayıdır axşam,

Durub gözləyirsən gün geri gələ...

Bizim küçəmizdə ağlayan adam,

Sən də sevinərsən darıxma hələ

Saxla göz yaşını lazım olacaq.



Qismətскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!