Bilmədin mən niyə bu dama çıxdım

Bilmədin mən niyə bu dama çıxdım
Şeirlər - Hekayələr
10.09.2017 10
Oturub baxıram balaca damdan,

Nə qədər lazımsız artıq adam var,

Mən səndən qaçıram, sən o adamdan,

Durub bizə baxır bütün adamlar.



Əlinlə göstərib sus! eləyirsən,

Mən də bilərəkdən səs eləyirəm.

Atılıb-düşürəm,nə söyləyirsən,

Sənin acığına rəqs eləyirəm.



Şəhərdə qəribə oyunlar gedir,

Sökülür yanımda tikilən damlar.

Sən orda susduqca pillələr itir,

Qalırsız orada bütün adamlar.



Mən az eşitdikcə, sən də çox dedin,

Axır gəlib həmin məqama çıxdım.

Düş ordan, gəl mənə sahib çıx dedin,

Bilmədin mən niyə bu dama çıxdım.



(Raqif Raufoğlu)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!