Mən sənin yadına düşən deyiləm

Mən sənin yadına düşən deyiləm
Şeirlər - Hekayələr
10.09.2017 15
Bulud var, əlində bir bəhanə var,

Bahar buxarlanar baxdığın yerdə…

Neynim, ürək adlı bir viranə var,

Sən mənim yadımdan çıxdığın yerdə…



Yağmura dönəcək buludlar yəqin,

Könlümün gözündən yağıb gedərsən.

Getməyə bir ayrı yerin var yəqin,

Sən mənim yadımdan çıxıb gedərsən…



Ərəfə yeriyimiş qərib ürəyin,

Gözləyə-gözləyə oldu gün axşam.

Mən sənin yadından çıxırdım yəqin,

Sən mənim yadıma düşdüyün axşam…



Çöküb dərələrin canına nisgil,

Dağların başına duman olub qəm.

Onsuz da yaddaşın yurd yeri deyil,

Mən sənin yadına düşən deyiləm...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!