Musiqinin incə tellərində

Musiqinin incə tellərində
Şeirlər - Hekayələr
10.09.2017 6
Musiqinin tellərində rəqs etsəm məsələn

Yumsam gözlerimi

Barmaqlarımın ucunda

Süzdürsəm baxışlarımı

Oynasa havada

Saçlarım

Musiqinin ahənginə qarışıb

Kürəyimden axan tellərim.

Bir musiqi olsa

Oynatsa yerindən ruhumu

Titrətsə qəlbimi.

Beynimi, düşüncələrimi

Bir-birinə dolayıb da

Atsa Xəzərin ən dərin sularına.

Tək bir musiqi qalsa

Bir də onun ahəngində itib batan ruhum.

Ruhum kimi davransa bədənim

Onun kimi gözəl rəqs etməyi bacarsa məsələn.

Musiqinin incə tellərində

Barmaqlarının ucunda.

Bir piano səslənsə və

onun səsinə qovuşsa ruhum

Bir əsər çalınsa

Gecə gəlsə, qaranlıq olsa

Ve mən rəqs etsəm

Vaqifin "Baki gecəleri"ndə.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!