Bu gün namaz qılacağam

Bu gün namaz qılacağam
Şeirlər - Hekayələr
10.09.2017 8
Mən özümə dəyər verib.

Allahımı sevindirib.

Gunahlara tövbə deyib.

Günahlarimi yuyacağam.

Bu gün namaz qilacağam.



Ağlayacam namaz üstə.

Men duracam ayaq üstə.

Bu həyata deyib gözlə.

Allahımla olacağam.

Bu gün namaz qılacağam.



Mən ruhumu təmizləyib,

Allahıma mən baş əyib.

Allahu Əkbəri deyib,

Namaza başlayacağam.

Bu gün namaz qılacağam.



Silib atıb derdlərimi.

Ona deyib sözlərimi,

Yerə qoyub dizlərimi.

Allaha yalvaracağam.

Bu gün namaz qılacağam.



Başımı qoyub möhürə.

Dua edib Hüseyinə.

Söz verecem mən özümə,

Mən Hüseynlə qalacağam.

Bu gün namaz qılacağam.



Bize kitab gəldi Quran.

İsteyirem namaz qilam.

Gəlib çıxsın İmam Zaman.

Ona əsgər olacağam.

Bu gün namaz qılacağam.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!