Səninlə dünyanın sonu gözəldi

Səninlə dünyanın sonu gözəldi
Şeirlər - Hekayələr
10.09.2017 9
Doğrusu yadimda bir şey qalmayib,

Hər nə varim idi səndə itirdim.

Bircə təbəssümün getmir gözümdən,

Hər şeyi saxladım onu götürdüm.

 

Məndə bir əzabsan,məndə bir ağrı,

Götür harayını hayını çıx get.

Vallah gücüm çatmır bu ağır yükə.

Gəl götür ömrümdən payını çıx get.

 

Hər tərəf bağlanıb,dörd divar kimi,

Nə bir çıxış qalıb, nə də bir seçim.

Məni çox sınaqlar çəkib aparmış,

Bir əlcə canımla nələrdən keçim?

 

Birdəki yadımda həsrətin qalıb,

Yüz il intizarın yenə əzizdir.

Tarixin olsam da iddihamçısı,

Vallah həsrətin də mənə əzizdir.

 

Küsüb barışmağın məni yormadı,

Bu eşqin hər cildi donu gözəldi

Səninlə dünyanın əvvəli başqa

Səninlə dünyanın sonu gözəldir.

 

Müəllif: Fərid Turanскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!