Bu da sevginin son noyabrı

Bu da sevginin son noyabrı
Şeirlər - Hekayələr
10.09.2017 38
Bu da sevgimizin son noyabrı,

Yenə də nəyinsə sonuna gəldik.

Gözündə bir ovuc dəniz var sənin,

Ağlama, suyunda bata bilərik.

.

Hava xətalıdır, küləyi dəli,

Yoxsa sevgimizdir soyuğu duyan?

Qorxuram payızda tərk etsəm səni,

Bir daha baharda səni tapmayam.

.

Həyat başdan-başa qəribəlikdir,

Görüşlər yaradar, ayrılıq salar.

Kiminsə cibində qara qəpikdir

Bizim gözümüzdə mühüm olanlar.

.

Nə deyim taleyin yazısına mən?

Niyə görüşdük ki, niyə ayrılaq?!

Təpədən dırnağa payız kimiyəm,

Yarpaqsız budağam, budaqsız yarpaq.

.

Sənsiz yaşamağa alışam gərək,

İndidən unudam, yoxsa gec olar.

Bu da sevgimizin son noyabrı,

Hələ ayrılığın dekabrı var..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!