O, sənin haqqın deyil

O, sənin haqqın deyil
Şeirlər - Hekayələr
10.09.2017 4
Adına nə desən də,

o,sənin haqqın deyil...

Daha adamların da,

fikri çaşıb,elə bil!....



Rüşvətə pay dedilər,

ya da xoş bir hədiyyə...

Üzünə gülə-gülə,

günah qazandın niyə?...



Şübhə də eləmirsən,

çox böyükdü günahın...

Vallah,tutacaq səni,

rüşvət verənin ahı...



Məqamın uca imiş,

əllaməlik eləmə...

Qorxdular-gətirdilər,

sən rüşvətə pay demə!...



O,səni alçaldacaq,

bir haqqa girəcəksən...

Cavabını,ey insan,

bəs necə verəcəksən?....скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!