Zülümdür zülüm

Zülümdür zülüm
Şeirlər - Hekayələr
10.09.2017 20
Bir vaxtlar eşqimə verərdin dəyər,

İndi sənsiz həyat zülümdür, zülüm.

Deyərdin bu ürək tək səni sevər,

Bəs niyə özgəyə yar oldun, gülüm?



Deyərdin əzizim, vermərəm izin,

Ürəyin hicranın odunda bişə.

Ölərəm, amma ki qoymaram heç vaxt,

Görüş yerimizə başqa iz düşə.



Deyərdin olmasan sənsiz ölərəm,

İndi dərdi atıb, qəm daşımırsan.

Verdiyin vədlərin yalanmış, yalan,

Eşitdim mənsiz də pis yaşamırsan.



Deyərdin tək sənlə xoşbəxt olaram,

Şöhrət hisslərini tovladı sənin.

Sabahı mənimlə düşünərkən sən,

Söylə, kim qəlbini ovladı sənin?!



Bir vaxt sən deyərdin, indi mən deyim,

Xəyalın mənlədir, olma narahat.

Bircə toyunu da görsəydim sənin,

Girib məzarıma ölərdim rahat.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!