Ona...

Ona...
Şeirlər - Hekayələr
10.09.2017 26
Darıx mənimçün hərdən

Yazmayanda dəli ol

Qısqan məni hərkəsdən.

Demirəm ki, Leyli ol

Mən də Məcnun deyiləm.

Gəldim sənə xeyli yol

Qayıdan da deyiləm.

Yol üstə maneəm çox

Bezib tükənmək olmaz

Yorulmaram valla yox

Yolumdan dönmək olmaz.

...

Dönük çıxmam əhdimə

Yazdım hər bir sətrinə

Adın eşq dəftərimə

Gəl və yerləş qəlbimə.

...

Sənə xasdı vücudum

Yaşama səbəbimsən

Səni gəzərdi ruhum

Yox, məni sevməlisən.

...

Mənimlə birgə qalıb.

Yolma yoldaş ol, gülüm.

Limanma lövbər salıb

Ömürlük getmə, ömrüm.

...

Təkcə sənə məxsusam,

Sənlə nəfəs alaram

Yalvar de, yalvararam

Nəfəssiz yaşamaram...

Mən sənsiz yaşamaram..

Axı mən bacarmaram...(((

Müəllif: Əhəd əhədliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!